Send linket til app

SİMA - Rəqəmsal İmza


4.0 ( 5280 ratings )
Erhverv Værktøjer
Forfatter: Data Processing Center of the Ministry of Communications and High Technologies
Gratis

SİMA bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır. SİMA mobil tətbiqi əlavə cihazlara ehtiyac olmadan və heç yerə getmədən elektron xidmətlərin əldə edilməsini təmin edir.

SİMA İmza ilə aşağıdakı xidmətlərdən istifadə edə bilərsiniz:
• Maliyyə xidmətləri – BOKT xidmətləri, Bank xidmətləri; kredit sifarişi, kart sifarişi, hesab açma, hesabdan çıxarış almaq, pul köçürmə, şəxsi kabinetə giriş.
• Sığorta xidmətləri – KASKO sığorta məhsulları, həyatın yaşam sığortası, sığorta müqavilələrinin imzalanması, sığorta müraciət anketinin imzalanması.
• Dövlət elektron xidmətləri – Güzəştli mənzil sistemi, Elektron məhkəmə sistemi, E-Polis, Elm və Təhsil Nazirliyi və Dövlət vergi Xidmətində əməliyyatların həyata keçirilməsi.
• Digital login ilə daxil ola biləcəyiniz bütün portallara giriş və e-xidmətlərdən istifadə.

SİMA İmza-nın üstünlükləri:
• Rahatlıq və təhlükəsizlik
• Tamamilə ödənişsiz əldə edilməsi
• Mobil tətbiqdə sürətli qeydiyyat
• Elektron sənədlərin dərhal imzalanması